Putin: "Anladılar ki, xalq və ordu onlarla deyil"

Putin:

 

Rusiya Prezidenti Vladimir Putin ordunun və xalqın Vaqner üsyançılarının tərəfində olmadığını bildirib.

 

Sfera.az xəbər verir ki, bu gün Kremldə keçirilən mərasimdə təqribən 2500 nəfərlik Rusiya ordusuna müraciət edən Putin, "Onlar ordunun və xalqın onların tərəfində olmadığını gördülər", deyib.



Mərasimdə “Vaqner”in lideri Yevgeni Priqojinin vəzifəsindən azad edilməsini tələb etdiyi müdafiə naziri Sergey Şoyqu da iştirak edib.



Qeyd edək ki, Priqojin Şoyqunu Ukraynadakı müharibəyə rəhbərlik etməməkdə günahlandırıb və dəfələrlə onu müharibədə “on minlərlə əsgərin həlak olması” və “regionu düşmənə təslim etmək” məsuliyyətinə görə işdən çıxarılmasını istəyib.



Putin çıxışında üsyan zamanı həlak olan rus hərbi pilotların xatirəsini bir dəqiqəlik sükutla yad etməyi də xahiş edib.

 

Əzizə

Sfera.az


OXŞAR XƏBƏRLƏR