Ukrayna ilə bağlı qərar bu tarixdə veriləcək - 6 ölkə TOPLANDI

Ukrayna ilə bağlı qərar bu tarixdə veriləcək - 6 ölkə TOPLANDI

Ukrayna məsələsi ilə bağlı rəsmi danışıqlar iyulda başlaya bilər.

Sfera.az xəbər verir ki, bu barədə Almaniyanın "ARD" telekanalı məlumat verib. Telekanalın məlumatına görə, iyunun 24-də Kopenhagendə Ukrayna məsələsi ilə bağlı “ciddi məxfilik şəraitində” sülh konfransı keçirilib, konfransda bir sıra Qərb ölkələrinin və Ukraynanın nümayəndələri ilə yanaşı, diplomatik korpusun nümayəndələri də iştirak ediblər. Həmin ölkələrin içərisində Çin, Hindistan və Türkiyə, Səudiyyə Ərəbistanı, Braziliya və Cənubi Afrikanın adı çəkilib.
 

"ARD"nin məlumatına görə, bu ölkələrin iştirakı ilə rəsmi sülh danışıqları artıq iyul ayında Brüsseldə baş tuta bilər.
 

Danimarka mətbuatı və Fransanın "AFP" xəbər agentliyi konfransın Danimarkada keçirilməsi təşəbbüsünün Kiyev tərəfindən edildiyini yazıb.
 

KİV Rusiyanın iyul danışıqlarında iştirakının planlaşdırılıb-planlaşdırılmadığına isə aydınlıq gətirmir.


Əzizə

Sfera.az


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev: "Dünyada da bilirlər ki, Xankəndi şəhəri qədim Azərbaycan yaşayış yeri olub"

Bura (Xankəndi) bizim tarixi torpağımızdır və əminəm ki, bunu Azərbaycanda bilməyən yoxdur. Dünyada da bilirlər ki, Xankəndi şəhəri qədim Azərbaycan yaşayış yer...

Harrisin Zelenski ilə görüşə bu qədər can atmasının səbəbi nədir? - AÇIQLAMA

ABŞ seçkilərində Demokratlar Partiyasının namizədi, hazırkı vitse-prezident Kamala Harris Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşmək niyyətindədir. Bild...

Zaxarova: "Rusiyanın dərinliklərinə zərbələr endiriləcəyi təqdirdə Ukraynadakı münaqişə genişlənə bilər"

Ukrayna Silahlı Qüvvələri Rusiyaya qarşı Qərbin uzaqmənzilli silahlarından istifadə edərsə, münaqişə tamamilə fərqli miqyas ala bilər və bütün dünya üçün nəticə...

Növbəti üç ildə Qarabağ Universitetinin yeni tədris korpusları inşa ediləcək

Növbəti üç ildə Xankəndidə açılışı olan Qarabağ Universitetinin yeni tədris korpusları inşa ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə Prezident ...

Kursk əməliyyatı ilə bağlı YENİ DETALLAR - Rəsmi sənədlər üzə çıxdı

Ukrayna silahlı qüvvələrinin Kursk vilayətinə hücum edəcəyini Rusiya dövləti bir neçə ay öncədən bilirmiş. Hətta ordu və xüsusi xidmət orqanları bu hücumun qarş...

Prezident: "Qarabağ Universitetinin yaradılması tarixi hadisədir"

Qarabağ Universitetinin yaradılması hesab edirəm ki, tarixi hadisədir.   Sfera.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Qarabağ Universitetinin...