Kanada “Titan” sualtı qayıq fəlakətini araşdırmağı öhdəsinə götürdü

Kanada “Titan” sualtı qayıq fəlakətini araşdırmağı öhdəsinə götürdü

Kanada “Titanik”ə ekspedisiyadan sonra batan “OceanGate Expeditions” sualtı gəmisi “Titan” fəlakəti ilə bağlı araşdırmaya başlayır. Bu barədə ölkənin Nəqliyyatın Təhlükəsizliyi Şurası bildirib.


Sfera.az xəbər verir ki, Kanadalı müstəntiqlər məlumat toplamaq, müsahibələr aparmaq və nəticələrini qiymətləndirmək üçün Sent Cons, Nyufaundlend və Labradora gedəcəklər. Kanada bayrağı altında üzən “Polar Prince” (Qütb Şahzadəsi) gəmisi Titan” sualtı gəmisini dalış sahəsinə çatdırıb.
 

"Yaxın günlərdə biz fəaliyyətimizi digər maraqlı idarələrlə əlaqələndirəcəyik"- Şuradan bildiriblər.


Nəqliyyat şurasının rəhbəri Keti Foks qeyd edib ki, Kanada bayraqlı “Qütb Şahzadəsi” gəmisi Kanada limanını tərk edərək beynəlxalq sulara doğru hərəkət etməyə başlayıb.
 

Foks Titanla baş verənlərə beynəlxalq marağı anladığını ifadə edib və məlumatı digər qurumlarla - ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası və Sahil Mühafizəsi ilə bölüşəcəklərini qeyd edib.
 

"Səs yazıları və ifadələr Kanada qanunları ilə qorunur. İstintaqımız dəlillərin bizə apardığı yerə gedəcək. Biz səyləri təkrarlamaq istəmirik, əməkdaşlıq etmək istəyirik"-deyə o, fikrini yekunlaşdırıb.
 

Xatırladaq ki, 1997-ci ildə “Titanik” filminin rejissoru Ceyms Kemeron iki müəmmalı fəlakətin oxşarlığından danışmışdı. Onun sözlərinə görə, təsadüflər heyrətləndirici və sürreal olub.
 

Amerikanın “Wall Street” qəzeti iyunun 23-də yazıb ki, ABŞ Hərbi Dəniz Qüvvələri “Titan” sualtı gəmisinin ehtimal olunan partlamasını qeydə alıb. Sualtı qayıq iyunun 19-da Atlantik okeanında itib.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

RF XİN: "Qərbin Ermənistanı hərbiləşdirməsi Cənubi Qafqazda sabitliyi pozacaq"

Ermənistanın Qərb ölkələri tərəfindən hərbiləşdirilməsi Cənubi Qafqaz regionunda gərginliyin artmasına səbəb olacaq.   Sfera.az xəbər verir ki,bunu&n...

İsrail-Livan müharibəsi başlayarsa, İran da qoşulacaq? - Politoloqdan AÇIQLAMA

Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın Yaxın Şərqdəki müharibəyə qoşulacağı ilə bağlı xəbərdarlıq edib: “Biz görürük ki, savaş Livan ...

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə TƏBRİK ETDİ

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib.   Sfera.az xəbər verir ki, bu barədə nazirlik "X&q...

İsrailin Azərbaycandakı səfiri Dövlət Suverenliyi Günü münasibətilə paylaşım etdi

İsrailin Azərbaycandakı səfiri Corc Dik Azərbaycanın Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib.   Sfera.az xəbər verir ki, səfir paylaşımınd...

Ermənistanın prezidentliyə namizəd olmuş partiya rəhbəri ÖLDÜ

Ermənistanda müxalif “Milli Birlik” partiyasının rəhbəri Artaşes Qeqamyan ölüb.   Sfera.az-ın xəbərinə görə, bu barədə “Johovurd&rd...

İsrail Livanın cənubuna yeni hava zərbələri ENDİRDİ

İsrail Livanın cənubuna yeni hava hücumları həyata keçirib.   Sfera.az xəbər verir ki, bu barədə “The Times Of Israel” məlumat yayıb. ...