ABŞ rəsmiləri “Priqojin qiyamı”ndan xəbərdar olub - “Washington Post”

ABŞ rəsmiləri “Priqojin qiyamı”ndan xəbərdar olub - “Washington Post”

“Washington Post” qəzetinin “Vaqner” muzdlu qrupu ilə bağlı yayımladığı son məlumat səs-küyə səbəb olub.

 

Sfera.az bildirir ki, nəşr ABŞ-nin Priqojinin Rusiyada silahlı aksiya planlaşdırdığından xəbərdar olduğunu iddia edib. Nəşr “ABŞ kəşfiyyatçıları Priqojinin iyunun ortalarında Rusiyada üsyana hazırlaşdığını öyrəniblər” başlığı ilə oxucularının qarşısına çıxıb. Məlumata görə, ABŞ kəşfiyyatı dərhal Ağ Evə və digər dövlət qurumlarına məlumat verib.

 

Nəşrin iddiasına görə, ABŞ nə olacağını günlər öncədən bilib. Anonimlik şərti ilə danışan bir ABŞ rəsmisi “rəhbərliyə nəyinsə baş verdiyini bildirmək üçün kifayət qədər siqnallar var idi. Ona görə də düşünürəm ki, onlar buna hazır idilər”, deyə qəzetə açıqlama verib.

 

“Washington Post” başqa bir xəbərdə “Vaqner” üsyanının iflasa uğradığını, lakin son 24 saat ərzində baş verən hadisələrin təhlükəsizlik sahəsində zəiflikləri ortaya çıxardığını və Putinin imicinə xələl gətirdiyini yazıb.

 

“New York Times” qəzetinin kəşfiyyat mənbələrinə əsaslanan xəbərinə görə də “Vaqner” və onun lideri Priqojinin bu cəhdi barədə ABŞ rəsmiləri məlumatlandırılıb. Qeyd olunub ki, Pentaqon bu addımın Moskvanın nüvə silahı arsenalına nəzarətinə necə təsir edəcəyindən narahat olub.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Peycer nədir və necə partladıla bilər? - AÇIQLAMA

Son günlər peycer anlayışı aktual mövzulardan biri olub. İnsanların çoxu isə peycerin nə olduğundan məlumatsızdır.   Bəs peycer nədir və&n...

Prezident Qarabağ Universitetinin açılışını etdi - YENİLƏNDİ - 2

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib.  ...

Qarabağ Universitetinin tələbə yataqxanası təmirdən sonra - VİDEO

Elm və Təhsil Nazirliyi Qarabağ Universitetinin tələbə yataqxanasının təmirindən sonra görüntülərini yayıb.   Sfera.az xəbər verir ki, bu barədə nazi...

RF XİN: "Qərbin Ermənistanı hərbiləşdirməsi Cənubi Qafqazda sabitliyi pozacaq"

Ermənistanın Qərb ölkələri tərəfindən hərbiləşdirilməsi Cənubi Qafqaz regionunda gərginliyin artmasına səbəb olacaq.   Sfera.az xəbər verir ki,bunu&n...

İsrail-Livan müharibəsi başlayarsa, İran da qoşulacaq? - Politoloqdan AÇIQLAMA

Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın Yaxın Şərqdəki müharibəyə qoşulacağı ilə bağlı xəbərdarlıq edib: “Biz görürük ki, savaş Livan ...

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə TƏBRİK ETDİ

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib.   Sfera.az xəbər verir ki, bu barədə nazirlik "X&q...