5 ulduzlu lüks oteldə bir neçə il qalıb, pul ödəmədi

5 ulduzlu lüks oteldə bir neçə il qalıb, pul ödəmədi

Hindistanda adı açıqlanmayan şəxs 2 ilə yaxındır 5 ulduzlu oteldə yaşayıb, göstərilən xidmətlərə görə heç vaxt pul ödəməməkdə ittiham olunur.
 

Sfera.az bildirir ki, adı açıqlanmayan şəxs 603 gününü Dehli hava limanı yaxınlığındakı dəbdəbəli Roseate House otelində keçirib. İşçilərdən biri onun yaşayış üçün pul ödəmədiyini və orada qalmaq hüququnun olmadığını aşkar edib. Bu saxtakarlığı aşkar edən otel rəhbərləri polisə xəbər veriblər.
 

Otelin məlumatına görə, kişinin onlara 5 milyon rupidən çox borcu var ki, bu da demək olar ki, 70 min dollara bərabərdir. O, həmçinin artan borcunu ört-basdır etmək üçün işçilərlə əlbir olmaqda ittiham olunur.
 

İstintaqın məlumatına görə, təqsirləndirilən şəxs 30 may 2019-cu ildə yalnız bir gecəlik yaşayış yeri sifariş edərək qeydiyyatdan keçib. Lakin o, müxtəlif üsullardan istifadə edərək 22 yanvar 2021-ci il tarixinədək oteldə qala bilib. Əməkdaşlardan biri pulu ödəməməsinə baxmayaraq, guya qalma müddətini uzadıb.
 

Yəqin ki, sxem başqalarının hesabları ilə fırıldaqçılıqdan və ya bir hesabın digərinə dəyişdirilməsindən ibarət olub ki, bu da cinayətkarın görünməzliyini təmin edib. Lakin sonda onun hiylələri üzə çıxıb.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Əsrin Müqaviləsinin” imzalanmasından 30 il keçir - ŞƏRH

Bu gün “Əsrin Müqaviləsinin” imzalanmasından 30 il keçir. Təməli ulu öndər Heydər Əliyev tərəfindən formalaşdırılan enerji siyasəti bu müq...

Zelenski: "Ukraynanın Qələbə Planı müttəfiqlərin sürətli qərarlarından asılıdır"

Ukraynanın Rusiyaya qarşı müharibədə Qələbə Planı müttəfiqlərin bu il qəbul edəcəyi sürətli qərarlardan asılıdır.   Sfera.az “Reuters“ə i...

Yol polisindən sürücülərə MÜHÜM ÇAĞIRIŞ - FOTO

Yol qəzalarının acı nəticələri ilə bağlı dəfələrlə edilən xəbərdarlıqlara, aparılan maarifləndirmə tədbirlərinə baxmayaraq, hələ də sürücülərin yorğun, yuxusuz ...

Baş nazirin I müavini MDB İqtisadi Şurasının iclasında iştirak etdi

Bu gün Baş nazirin I müavini Yaqub Eyyubov Rusiyanın paytaxtı Moskvada MDB İqtisadi Şurasının 103-cü iclasında iştirak edib.   Sfera.az-ın report-a i...

İnternetdə milyonluq dövriyyəsi olan şəbəkə ifşa edildi

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi sosial şəbəkələrin Azərbaycan seqmentində onlayn qumar oyunları təşkil edən dəstənin üzvləri...

Avropa İttifaqı Gürcüstanla vizasız rejimin dayandırılmasını nəzərdən keçirə bilər

Avropa İttifaqı (Aİ) Gürcüstanla vizasız rejimin dayandırılmasını nəzərdən keçirə bilər.   Sfera.az xəbər verir ki, bu barədə Aİ-nin Gürcüstandakı sə...