Logo

Putin Lukaşenko ilə danışdı, təşəkkür etdi

Putin Lukaşenko ilə danışdı, təşəkkür etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya Prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə telefon danışığı aparıb.

Sfera.az xəbər verir ki, söhbət zamanı Lukaşenko “Vaqner” rəhbəri Yevgeni Priqojinlə danışıqların nəticələri barədə Putini məlumatlandırıb.

“Bu gün saat 21:00-da (Bakı vaxtı ilə 22:00) Belarus və Rusiya prezidentləri yenidən telefonla danışıblar. Belarus prezidenti Rusiya prezidentinə “Vaqner” şirkətinin rəhbərliyi ilə aparılan danışıqların nəticələri barədə ətraflı məlumat verib. Rusiya Prezidenti görülən işlərə görə belaruslu həmkarını dəstəkləyib və ona təşəkkür edib”, - məlumatda bildirilir.

Qeyd edək ki, Lukaşenkonun apardığı danışıqların nəticəsi olaraq "Vaqner" Moskvanın 200 km-liyindən geri, səhra qərargahına qayıtmaq qərarı verib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR