Logo

“Vaqner"in rəhbərinin tələbi: "Şoyqu və ordu generalı onlara təhvil verilməyənədək..."

“Vaqner"in rəhbərinin tələbi: "Şoyqu və ordu generalı onlara təhvil verilməyənədək..."
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya müdafiə nazirinin müavini Yunus-Bek Yevkurov və Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini Vladimir Alekseyev Rostov-Don şəhərində “Vaqner” Xüsusi Hərbi Şirkətinin rəhbəri Yevgeni Priqojinlə görüşüb.

Sfera.az  xəbər verir ki, məlumatı iyunun 24-də “Razqruzka Vaqner” telegram kanalı yayıb.

Məlumata görə, danışıqlar zamanı Y.Priqojin bildirib ki, müdafiə naziri, ordu generalı Sergey Şoyqu və Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov onlara təhvil verilməyənədək vaqnerçilər Rostovu blokadada saxlayacaq və Moskvaya doğru hərəkət edəcəklər.

Rusiyanın Cənub Hərbi Dairəsi görüşlə bağlı video yayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR