Logo

F.Gülənin daha iki qohumu saxlanıldı

F.Gülənin daha iki qohumu saxlanıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyədə FETÖ terror təşkilatının lideri Fətullah Gülənin qardaşı uşaqları Hüsüyn Gülən və  Büşra Gülən saxlanılıb.

Sfera.az APA-a istinadən xəbər verir ki, onlar hərbi çevrilişə cəhdlə bağlı aparılan istintaq çərçivəsində İzmir yaxınlığında tutulublar.

Saxlanılanlar FETÖ  terror təşkilatı ilə əlaqədə olmaqda,  həmçinin  "ByLock" adlı kompüter proqramından istifadə etməkdə şübhəli bilinirlər.

Məlum olduğu kimi, Fətullah Gülən şəbəkə üzvlərinə təlimatları "ByLock" əlaqə proqram vasitəsilə göndərirmiş.

Xatırladaq ki, oktyabrın 5-də Sakarya vilayətində Fətullah Gülənin əmisinin nəvəsi Semiha Kabakçı və əri Necmi Kabakçı həbs edilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR