““Titan” batiskafı səfərə başladığı ilk saatlarda partlayıb”  - ABŞ Hərbi Dəniz Qüvvələri 

““Titan” batiskafı səfərə başladığı ilk saatlarda partlayıb”  - ABŞ Hərbi Dəniz Qüvvələri 

1912-ci ildə Atlantik okeanında batan "Titanik" gəmisinin qalıqlarını izləmək üçün ekspedisiyaya çıxan "Titan" batiskafı səfərə başladığı ilk saatlarda partlayıb. 


Sfera.az xəbər verir ki, bu haqda məlumatı “The Wall Street Journal” nəşri ABŞ Hərbi Dəniz Qüvvələrinin rəsmisinə istinadən yayıb. 


Nəşrə danışan yüksək rütbəli şəxs bildirib ki, onlar partlayışın səsini eşidiblər. Qəzet yazır ki, səs məxfi avadanlıqların köməyi ilə tanınıb. 


Yüksək rütbəli şəxsin sözlərinə görə, ABŞ ordusu "Titan" ilə əlaqə kəsildikdən dərhal sonra axtarışlara başlayıb. Mənbə bildirib ki, onlar düşmən sualtı qayıqlarını aşkar etmək üçün nəzərdə tutulmuş gizli sistem vasitəsilə axtarış aparıblar. Qəzet bildirir ki, bu sistemin adı milli təhlükəsizlik baxımından açıqlanmır. 


Dalışın başlamasından bir neçə saat sonra sistem, ehtimal ki, sualtı qayığın qalıqlarının tapıldığı yerin yaxınlığında partlayış səsini qeydə alıb. 


“OceanGate” şirkətinin “Titan” batiskafı iyunun 18-də, Atlantik okeanında “Titanik”in qəzaya uğradığı yerə dalmağa başlayandan təxminən iki saat sonra radarlardan itib. 


Batiskafda beş nəfər olub. Onlar britaniyalı milyarder və səyyah 58 yaşlı Həmiş Hardinq, pakistanlı və britaniyalı iş adamı 48 yaşlı Şahzadə Davud və onun 19 yaşlı oğlu Süleyman, “OceanGate”in baş direktoru 61 yaşlı Stokton Raş və cihazın pilotu, keçmiş hərbi dalğıc, "Titanik" tədqiqatçısı 77 yaşlı fransız Pol-Henri Narjolet olublar.


Vasif
 


OXŞAR XƏBƏRLƏR

Azərbaycan neft və qazdan nə qədər qazanıb? - RƏQƏMLƏR

Bu gün “Əsrin müqaviləsi”nin bağlanmasından 30 il keçir. “Əsrin müqaviləsi” Azərbaycan üçün böyük imkanlar yaradıb. Bu imkanlar arasında...

Ukraynada bu şəxslərə teleqramdan istifadə qadağan edildi

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası hərbçi və dövlət qulluqçularına xidməti cihazlarda teleqram mesencerindən istifadəni qadağan edib.   ...

Sabah leysan yağacaq - XƏBƏRDARLIQ

Sentyabrın 21-də Bakıda və rayonlarda yağış yağacağı gözlənilir.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. &nbs...

Xanımların DİQQƏTİNƏ - Bu kosmetoloqların qurbanı ola bilərsiniz!

Qadınların gözəllik üçün etdirdiyi kosmetoloji prosedurlarla yanaşı, kosmetoloqların da sayında artım müşahidə edilir. Lakin onların əksəriyyətinin bu sahə...

Universitetlərin keyfiyyət göstəricisi necə müəyyənləşdirilir? - Təhsil eksperti aydınlıq gətirdi

Bildiyimiz kimi, ölkəmizdəki ali təhsil müəssisələrinin hər birində keçid balları müxtəlifdir. Xüsusən də, prestijli universitetlərə qəbul balları digərlərinə n...

Səfir: “Əsrin müqaviləsi”nin ABŞ-Azərbaycan münasibətlərində xüsusi yeri var

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libby “Əsrin müqaviləsi”nin imzalanmasının 30-cu ildönümü ilə əlaqədar qəbul təşkil edib.   Sfera.az s...