Kral ailəsinin sevimli ayaqqabı markası iflas olduğunu elan etdi - FOTO

Kral ailəsinin sevimli ayaqqabı markası iflas olduğunu elan etdi - FOTO

Şahzadə Diana, Keyt Middleton və Keyt Mossun geyindiyi dəbdəbəli rezin çəkmələri ilə tanınan 160 illik məşhur ayaqqabı şirkəti “Hunter Boot Limited” 2019-cu ildən bəri iflas olmamaq uğrunda mübarizə aparır. İndi isə məlum olub ki, “Hunter Boot” iflasın Britaniya versiyası olan administrasiyaya keçib. “Bloomberg”in məlumatına görə, markanın kreditorlara borcu 112,8 milyon funt-sterlinqə çatıb.
 

Sfera.az bildirir ki, “Hunter” (Ovçu) çəkmələri tanınan bir formaya malikdir, rahat və çox praktikdir.


Bu şirkətin çəkmələrinə təkcə adi britaniyalılara deyil, həm də yüksək təbəqənin nümayəndələri aşiq olub.


Şirkət bu ayın əvvəlində “Ted Baker” və “Juicy Couture” şirkətlərinin amerikalı sahibi “Authentic Brands Group”tərəfindən təxminən 100 milyon funt-sterlinq dəyərində bir sövdələşmə ilə satın alınıb.
 

2020-ci ildə Covid-19 pandemiyası zamanı, şirkət sənədlərinə görə satışlar 20% azalıb. Bu, şirkəti nağd pul yığmağa, borcları yenidən maliyyələşdirməyə, əmlakını restrukturizasiya etməyə sövq edib. Satışlar 2021-ci ildə yenidən artsa da, brend davam edən çətinliklərdə tədarük zəncirini və Brexit problemlərini günahlandırıb. Son damla isə Şimali Amerikanın ən isti və ən quraq qışlarından biri olub və bu, satışların 15%-dən çox azalması ilə nəticələnib.


Hunter Boots-un tarixi 160 il əvvələ gedib çıxır.



“Times” qəzetinin yazdığına görə, administratorların təklifi ilə bağlı bu yaxınlarda dərc edilmiş hesabat, biznesin çökməsi ilə təminatsız kreditorlara, o cümlədən tədarükçülərə və ev sahiblərinə 16,9 milyon funt sterlinq borcu olduğunu və onların geri qaytara bilməyəcəyini göstərib.



Sənəddə göstərilir ki, ABŞ bankı və “Hunter”in əsas kreditoru olan “Wells Fargo” 18,5 milyon funt sterlinq alacaq. “Goldman Sachs” tərəfindən dəstəklənən “Pall Mall Legacy” investisiya fondu isə 7,5 milyon funt-sterlinqi qaytara bilməyəcək. Bu arada, yüksək səviyyəli istiqrazlar 25,3 milyon funt sterlinq, kiçik istiqrazlar isə 46,5 milyon funt-sterlinq təşkil edib. Bu, ümumi borcun həcmini 97,9 milyon funt-sterlinqə çatdırır.



Hesabatda bildirilir ki, şirkətlər təminatlı kreditorlar olduqları üçün borclarının böyük hissəsini alacaqlar.



CEO Jamie Salter, şirkətin "Hunter brendinin inkişafını davam etdirməyi səbirsizliklə gözlədiyini bildirib.



Öz növbəsində “Hunter” nümayəndələri Instagram-da müştərilərə ünvanlanmış bir mesaj yayımlayıblar:


"”Hunter”in qısa keçid dövrü olduğu zamanda səbriniz üçün təşəkkür edirik. Müştəri sorğularına cavab vermək və normal əməliyyatları bərpa etmək üçün mümkün qədər tez çalışırıq."


Qeyd edək ki, “Hunter” 1857-ci ildə Edinburqda Şimali Britaniya Kauçuk Şirkəti olaraq başlayıb və həm kənd yerlərində, həm də festival iştirakçıları arasında məşhurlaşan davamlı rezin çəkmələr istehsalı ilə məşhurlaşıb. 2000-ci və 2010-cu illərdə şirkət Keyt Moss, Alexa Chung və bir çox başqaları kimi məşhurların musiqi festivallarında müntəzəm olaraq görülüb.
 

“Le Chameau”, “Aigle” və “Dubarry” su keçirməyən dəri çəkmələr kimi rəqiblər “Hunter” bazarını yedilər və zövqləri dəyişməyi bacardılar.

 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR

SOCAR-ın kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etdi

20 sentyabr - Neftçilər Günü peşə bayramı münasibətilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf və şirkətin kollektivi Ulu Öndər Heydər...

"Kapital Bank"dan neftçilərə qızıl kimi TƏKLİF

20 Sentyabr Neftçilər Günü münasibətilə ölkənin birinci bankı Kapital Bank neftçilərə bu il də xüsusi fürsət təqdim edir. Belə ki, neftçilər 10.9%-dən başlayan ...

Azərbaycan neft və qazdan nə qədər qazanıb? - RƏQƏMLƏR

Bu gün “Əsrin müqaviləsi”nin bağlanmasından 30 il keçir. “Əsrin müqaviləsi” Azərbaycan üçün böyük imkanlar yaradıb. Bu imkanlar arasında...

Ukraynada bu şəxslərə teleqramdan istifadə qadağan edildi

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası hərbçi və dövlət qulluqçularına xidməti cihazlarda teleqram mesencerindən istifadəni qadağan edib.   ...

Sabah leysan yağacaq - XƏBƏRDARLIQ

Sentyabrın 21-də Bakıda və rayonlarda yağış yağacağı gözlənilir.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. &nbs...

Xanımların DİQQƏTİNƏ - Bu kosmetoloqların qurbanı ola bilərsiniz!

Qadınların gözəllik üçün etdirdiyi kosmetoloji prosedurlarla yanaşı, kosmetoloqların da sayında artım müşahidə edilir. Lakin onların əksəriyyətinin bu sahə...