Logo

Parisin mərkəzində partlayış - Media ən azı 16 nəfərin yaralandığını yazır

Parisin mərkəzində partlayış - Media ən azı 16 nəfərin yaralandığını yazır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün axşam saatlarında Parisin Val-de-Qrasse rayonundakı tarixi mərkəzində baş verən güclü partlayış nəticəsində azı 16 nəfər xəsarət alıb.

Sfera.az xəbər verir ki, binanın dağıntıları altından çıxarıla bilən zərərçəkənlərin hamısının vəziyyəti ağır və ya orta-ağırdır. Hadisə nəticəsində ölənlərin sayı barədə hələlik məlumat verilmir.

Partlayışdan sonra hadisə nəticəsində zərər çəkmiş binanın fasadı yolda uçub, bununla əlaqədar evin yaxınlığında dayanan avtomobillər yanıb.

Hazırda hadisə yerində 200-ə yaxın yanğınsöndürən çalışır. Hadisə yerinə Paris meri Ann Hidalqo da gəlib.

Partlayış haqqında nə məlumdur?

Parisin mərkəzində partlayış - Media ən azı 16 nəfərin yaralandığını yazır
21 iyun axşam (Parisdə saatı ilə 17:00 radələrində) Rue Saint-Jacques küçəsində partlayış baş verib. Partlayış nəticəsində tarixi binalardan biri demək olar ki, tamamilə dağılıb və yanğın başlayıb. İlkin məlumatlara görə, hadisəyə səbəb qaz partlayışı ola bilər.

Xilasedicilər yanğını qonşu evlərə keçməsinin qarşısını almaq üçün çalışır. Yaxınlıqdakı sakinlər təxliyə edilib.

Aynil
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR