Logo

Termonüvə bombasının yaradıcısı 92 yaşında intihar etdi

Termonüvə bombasının yaradıcısı 92 yaşında intihar etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Sovet İttifaqının ilk ikimərhələli termonüvə bombası RDS-37-nin yaradıcısı Qriqori Klinişov Moskvada intihar edib. Bu barədə iyunun 21-də Rusiya mətbuatı məlumat yayıb.

Sfera.az bildirir ki, iyunun 17-də 92 yaşlı sovet və rus aliminin cəsədi onun yaxınları tərəfindən Kosmodamianskaya sahilindəki mənzildə tapılıb.

Jurnalistlərin məlumatına görə, mühəndis-fizik evdə tək qaldığı an intihar edib. O, ölümündən əvvəl yaxınlarına vida məktubu yazıb.

Nəşrin müəlliflərinin sözlərinə görə, Qriqori Klinişov nüvə və termonüvə silahları yaradan Ümumittifaq Elmi Tədqiqat Eksperimental Fizika İnstitutunda işləyib.

Klinişov SSRİ-də ilk iki mərhələli termonüvə bombası RDS-37 üçün yükün hazırlanmasında iştirak edib. Qeyd edək ki, 1955-ci ildə bu partlayıcı qurğunun sınaqları 200 kilometrdən çox radiusda bir çox faciəli nəticələrə səbəb olub.

59 yaşayış məntəqəsində binalar dağılıb, onlarla insan yaralanıb, evlərdə tavanın uçması bir neçə nəfərin həyatına son qoyub, ölənlər arasında 3 yaşlı uşaq da var. Təlim yerindən 240 kilometrə qədər radiusda radiasiyanın səviyyəsi yüksəlib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR