Ermənistanın bu ittihamları əsassızdır - Zaxarova
Kateqoriya məlum deyil
Ermənistanın Rusiya sülhməramlılarına qarşı ittihamları tamamilə əsassızdır.
Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Rusiya tərəfi dəfələrlə məsləhətçi yardımla Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın səmərəli, hərtərəfli işinə başlamağı təklif edib. Rusiya ilə sərhəd xəttinin keçidinin müəyyənləşdirilməsində kömək etməyə hazırıq”, - Zaxarova qeyd edib.






