Şoyqudan XƏBƏRDARLIQ - Zelenskinin iqamətgahı vurulacaq?

Şoyqudan XƏBƏRDARLIQ - Zelenskinin iqamətgahı vurulacaq?

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukrayna Silahlı Qüvvələrinin Krıma HIMARS və "Storm Shadow" raketləri ilə zərbə endirməyi planlaşdırdığını bildirib. 

 

O, deyib ki, bu, ABŞ və Böyük Britaniyanın münaqişəyə tam cəlb olunması anlamına gələcək:

 

“Xüsusi əməliyyat zonasından kənarda “HIMARS” və “Storm Shadow” raketlərinin istifadəsi Ukraynadakı qərar qəbuletmə mərkəzlərinə dərhal zərbələr endirilməsi ilə nəticələnəcək”.

 

Şoyqu həmçinin söyləyib ki, NATO mütəxəssislərinin hazırladığı Ukraynanın elit birləşmələri hücum əməliyyatlarını davam etdirirlər.

 

Bununla bağlı Sfera.az-a danışan siyasi şərhçi Kənan Novruzovun söZlərinə görə, Ukraynanın əks-hücum əməliyyatları çərçivəsində Krıma zərbələrini intensivləşdirəcəyi gözləniləndir:

 

“Bu, strateji əhəmiyyətli məsələdir. Çünki Krımda başlayacaq müntəzəm əməliyyatlarla Ukrayna bəzi nəticələrə nail ola bilər. Rusiyanın diqqəti Ukraynadakı müharibədən yayınacaq. Bu, Ukrayna ordusunun uğurlu əks-hücum əməliyyatlarına kömək edəcək. Krımın azad olunması istiqamətində addımlar atılacaq. Rusiya daxilindəki gərginlik artacaq. Nəhayət, Ukrayna bu yolla Qərbdən daha çox dəstək ala bilər. Şoyqunun açıqlamaları daha çox çəkindiriciik və xəbərdarlıq xarakteri daşıyır. O, demək istəyib ki, “HIMARS” və “Storm Shadow” raketlərinin istifadəsi NATO ölkələrinin faktiki olaraq Ukraynada mübarizə aparması demək olacaq. Beləliklə, sübut olunacaq ki, Rusiya əslində Ukrayna ilə yox, Alyans ölkələri ilə müharibə aparır. Bu, rəsmi Moskvanın iki ilə yaxındır ki, niyə hələ də qələbə qazana bilməməsinin cavabı kimi ictimai rəyə təqdim ediləcək”.

 

Ekspert bildirib ki, rəsmi Kiyev başqa alternativlər barədə düşünə bilər:

 

“Hərçənd Krım ancaq uzqmənzilli və yüksək keyfiyyətli silahlarla vurula bilər. Bunun üçün isə HIMARS və "Storm Shadow", demək olar, idealdır.  Rusiya müdafiə naziri “qərar qəbul etmə” mərkəzləri deyəndə, sözsüz ki, Ukraynanın ali hərbi rəhbərliyinin qərargahlarını, hətta, ola bilsin, prezident Volodimir Zelenskinin yerləşdiyi yeri nəzərdə tuturdu. Bu da Ukraynanın çəkindirmək üçündür. Amma S. Şoyqunun bu təhdidlərinin Ukraynanı və Qərbi qorxuda biləcəyini düşünmürəm. Ehtimal edirəm ki, xüsusilə F-16 qırıcı təyyarələrinin Ukraynaya tədarükündən sonra Krım uğrunda əməliyyatlar güclənəcək.  Bu isə müharibənin daha da şiddətlənməsinə və nüvə silahının tətbiqinə səbəb ola bilər”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Pensiya alanlara ŞAD XƏBƏR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu respublika üzrə sentyabr ayının pensiya ödənişini yekunlaşdırıb.  ...

Beynəlxalq axtarışda idi - Almaniyada saxlanıldı

“Ekstradisiya haqqında” 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Məmmədov A...

Türkiyə XİN: Dünyada yeni sistemin yaranması üçün Qərbi gözləməyə ehtiyac yoxdur

Dünyada yeni sistemin yaranması üçün Qərbi gözləməyə ehtiyac yoxdur.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkən...

ABŞ Azərbaycana daha iki minaaxtaran it göndərdi

ABŞ-dən Azərbaycana daha iki minaaxtaran it gətirilib.   Sfera.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin "X" hesabın...

Vətəndaşlar pullarını necə idarə etməlidirlər? - İqtisadçıdan MƏSLƏHƏT

Bəzi vətəndaşlar aldıqları əməkhaqqının həcmindən asılı olmayaraq, pulla necə davranmalı olduqlarını bilmirlər. Bu da normal olaraq onların ay sonuna doğru bir ...

Prezident Qarabağ Universitetinin açılışını etdi - YENİLƏNDİ - 4

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib.  ...