Sabiq nazirdən TƏLƏB: “Şəxsi həyatımı müzakirə etməyin”

Sabiq nazirdən TƏLƏB: “Şəxsi həyatımı müzakirə etməyin”

Finlandiyanın keçmiş Baş naziri Sanna Marin yerini yeni baş nazir Petteri Orponun rəhbərlik etdiyi Milli Koalisiya Partiyasının kabinetinə təhvil verib. 


Sfera.az bildirir ki, o, bununla bağlı sosial media hesabından fikirlərini bölüşüb. Sabiq nazir özəl həyatının mövzu obyekti olmamasını tələb edib. “Baş nazir olan zaman şəxsi həyatımla bağlı xəbərlər məntiqsiz və tamamilə şişirdilmiş olsa da,  mətbuata açıqlama vermədim və ya tənqid etmədim. Dünən Baş nazir kimi son iş günüm idi və şəxsi həyatımın bir hissəsi olan məsələləri daha ictimai yerlərdə eyni şəkildə müzakirə etməməyiniz məqsədəuyğun olardı”, deyə Marin bildirib.

 

Qeyd edək ki, Sanna Marinin ötən il qatıldığı məclisdə rəqs edərkən çəkilən görüntüləri mətbuatda əksini tapmışdı. Onun barəsində araşdırma başlansa da, cəzalandırılacaq bir fakta rast gəlinməmişdi. Narkotik testindən də keçən Sanna Marin “Mən də insanam. Bəzən bu qara buludların arasında əyləncəyə can atıram”, deyə söyləmişdi.

 

Xatırladaq ki, Marin və əri Markus Rəykkönen keçən may ayında boşanmaq qərarına gəliblər.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

Beynəlxalq axtarışda idi - Almaniyada saxlanıldı

“Ekstradisiya haqqında” 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Məmmədov A...

ABŞ Azərbaycana daha iki minaaxtaran it göndərdi

ABŞ-dən Azərbaycana daha iki minaaxtaran it gətirilib.   Sfera.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin "X" hesabın...

Vətəndaşlar pullarını necə idarə etməlidirlər? - İqtisadçıdan MƏSLƏHƏT

Bəzi vətəndaşlar aldıqları əməkhaqqının həcmindən asılı olmayaraq, pulla necə davranmalı olduqlarını bilmirlər. Bu da normal olaraq onların ay sonuna doğru bir ...

Prezident Qarabağ Universitetinin açılışını etdi - YENİLƏNDİ - 4

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib.  ...

İsrail ordusu Beyruta zərbə endirdi

İsrail hərbçiləri Livanın paytaxtı Beyruta zərbə endirib.   Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb...

Ali Məhkəmənin sədri Qırğızıstanda səfərdə oldu

Qırğız Respublikası Ali Məhkəməsinin 100 illik yubileyi münasibətilə keçirilən tədbirlərdə iştirak etmək məqsədilə Ali Məhkəmənin sədri İnam Kərimov Bişkek şəhə...