Ukraynaya məxsus tankı vuran rus əsgərə mükafat verildi: 1 milyon...

Ukraynaya məxsus tankı vuran rus əsgərə mükafat verildi: 1 milyon...

Ukrayna ordusuna məxsus “Leopard” tankını vuran rus əsgərinə 1 milyon rubl (11 846 dollar) mükafat verilib.


Sfera.az bildirir ki,  bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, “Leopard” tankını vuran Andrey Kravtsova bir fond tərəfindən 1 milyon rubl mükafat bağışlanıb. Açıqlamada bildirilib ki, mükafat Müdafiə Nazirliyi tərəfindən əsgərlərə verilən mükafatdan ayrı əlavə ödənişdir. Müharibədə ağır yaralanan və xəstəxanada müalicə alan Kravtsova mükafat sertifikatını verən rusiyalı senator Aleksandr Karel fikirlərini bu cür ifadə edib:  “Bunlar həm də düşmənə ciddi ziyan vuranlar üçün gözəl hədiyyədir və əlavə ödənişlərdir”.

 

Xatırladaq ki, ötən həftə Rusiya Müdafiə Nazirliyi müharibə başlayandan bəri Ukrayna ordusuna məxsus hərbi texnikanın məhv edilməsi və ya ələ keçirilməsi üçün 10 mindən çox əsgərə fərdi mükafatlar verildiyini açıqlayıb. Nazirlik bir tank üçün 100 min rubl, bir təyyarə üçün isə 300 min rubl ödənildiyini bildirib.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR