İşçi çatışmazlığı: Rusiya məhkum əməyindən istifadə etməyə hazırlaşır

İşçi çatışmazlığı: Rusiya məhkum əməyindən istifadə etməyə hazırlaşır

Rusiyada işçi qüvvəsinin sayının artırılması üçün məhkumların əməyindən istifadə edilə bilər. 


Sfera.az RBC-ya istinadən xəbər verir ki, bu fikri Rusiya hökuməti yanında Maliyyə Universitetinin professoru Aleksandr Safonov və Moskva Maliyyə-Hüquq Universitetinin (MFYuA) professor Sergey Peskov “Məhkumlar arasından ehtiyat əmək mənbələrinin formalaşdırılması” məqaləsində qeyd ediblər. Tədqiqatçıların hesablamalarına görə, məhkumlar arasından 150-185 min nəfəri biznes və dövlət qurumlarının maraqları naminə məcburi əməyə cəlb etmək olar. 


Ədliyyə Nazirliyinin mətbuat xidmətindən RBC-ya verilən məlumata görə, bununla bağlı cinayət qanunvericiliyində humanistləşdirilmə aparılır. Xüsusilə, məcburi əmək kimi cəza növünün tətbiqi genişləndiriləcək. 


Nazirlikdən bildiriblər ki, 2023-cü il iyunun əvvəlinə Rusiyada məcburi əmək növündə cəza çəkmək üçün 42 mindən çox yer yaradılıb: “Onların 50%-i müəssisələrdə, 42,8%-i penitensiar sistemə aid obyektlərdə, 7,2 faizi icra hakimiyyətlərində yaradılıb. 2024-cü ilə qədər məcburi əmək növündə cəza çəkən yerlərin sayının 80 minə çatdırılması planlaşdırılır”. 


Safonov və Peskovun məqaləsində deyilir ki, ölkənin davamlı sosial-iqtisadi inkişafının ən mühüm amillərindən biri onun əmək resurslarının olmasıdır. Bu problem son vaxtlar pandemiya zamanı doğum səviyyəsinin azalması və ölüm hallarının çox olması kimi amillərin təsiri altında daha da artıb. “Bu şəraitdə xarici əmək miqrasiyası və ehtiyat işçi qüvvəsindən, xüsusən də məhkumların əmək potensialından istifadə Rusiyada işçi qüvvəsinin sayının artırılmasının real istiqamətlərinə çevrilir”, - tədqiqatçılar yazır. 


2030-cu ilə qədər Rusiya iqtisadiyyatının 2,5 milyon yeni mütəxəssisə ehtiyacı olacaq. Federal Penitensiar Xidmətin son məlumatlarına görə, 2023-cü il yanvarın 1-nə Rusiya penitensiar sistemində 433 min nəfər saxlanılıb. Rosstatın məlumatına görə, 2023-cü ilin aprel ayına olan məlumata görə, Rusiyada işçi qüvvəsi 75,8 milyon nəfər təşkil edib. 

 

Vasif


OXŞAR XƏBƏRLƏR

Pensiya alanlara ŞAD XƏBƏR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu respublika üzrə sentyabr ayının pensiya ödənişini yekunlaşdırıb.  ...

Beynəlxalq axtarışda idi - Almaniyada saxlanıldı

“Ekstradisiya haqqında” 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Məmmədov A...

Türkiyə XİN: Dünyada yeni sistemin yaranması üçün Qərbi gözləməyə ehtiyac yoxdur

Dünyada yeni sistemin yaranması üçün Qərbi gözləməyə ehtiyac yoxdur.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkən...

ABŞ Azərbaycana daha iki minaaxtaran it göndərdi

ABŞ-dən Azərbaycana daha iki minaaxtaran it gətirilib.   Sfera.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin "X" hesabın...

Vətəndaşlar pullarını necə idarə etməlidirlər? - İqtisadçıdan MƏSLƏHƏT

Bəzi vətəndaşlar aldıqları əməkhaqqının həcmindən asılı olmayaraq, pulla necə davranmalı olduqlarını bilmirlər. Bu da normal olaraq onların ay sonuna doğru bir ...

Prezident Qarabağ Universitetinin açılışını etdi - YENİLƏNDİ - 4

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib.  ...