Logo

Hindistanda isti hava 96 nəfərin canını aldı

Hindistanda isti hava 96 nəfərin canını aldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Hindistanda istilərə görə 96 nəfər dünyasını dəyişib.

Sfera.az bildirir ki, Hindistan Meteorologiya İdarəsinin məlumatına görə, bazar günü Ballia bölgəsində havanın temperaturu 43 dərəcə, yəni mövsüm normalarından 5 dərəcə yüksək olub.

Son iki gündə istilər səbəbindən 42 nəfərin həyatını itirdiyi Bihar əyalətində 200-dən çox adam ishal və qusma şikayətləri ilə xəstəxanalara yerləşdirilib. Meteorologiya idarəsinin verdiyi açıqlamada ən yüksək temperaturun şənbə günü Patnada - 44,7 dərəcə olduğu bildirilib.

Qeyd edilib ki, Hindistanın Mumbay şəhərində son 10 ildə havanın temperaturu mövsümi normaların üzərində olub. Aprel ayında 13 nəfər istilər səbəbindən həyatını itirib.

Türkan

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR