Haradan gəldiyini heç kim bilmir- Balidə tərk edilmiş Boeing 737 tapılıb - Fotolar
Balidəki məşhur çimərlikdən bir qədər aralıda tərk edilmiş “Boeing 737” təyyarəsi aşkar edilib. Onun oradakı yeri yerli tədqiqatçıların öyrənməyə çalışdığı böyük sirri özündə saxlayır.
Sfera.az bildirir ki, nəhəng təyyarənin müflis olmuş iş adamına məxsus olduğu ehtimal edilir.
Bəzi yerli sakinlərin fikrincə, naməlum təyyarə əvvəllər varlı bir iş adamına məxsus olub, lakin onun ora necə düşdüyünü heç kim dəqiq bilmir. “Boeing 737” Raya Nusa Dua Selatan şossesi yaxınlığında məşhur turistik məkanın yanında yerləşir və səyahətçilər arzu edərlərsə, onu öz ziyarət marşrutlarına əlavə edə bilərlər. Təyyarə Balidə məşhur olan Pandava çimərliyinə qısa bir məsafədədir. Burada həmişə çox sayda turist görmək mümkündür. Yerli sakinlərin fərziyyələrinə görə, guya “Boeing 737”nin sahibi olduğu iddia edilən iş adamı qəflətən bütün pulunu itirib.
O, təyyarədən gözəl bir restoran düzəltmək istəyib, lakin layihə çox bahalı olduğu üçün bu fikrindən vaz keçərək təyyarəni sahildə atıb. Öz növbəsində, yerli hakimiyyət orqanları bu versiyanın həqiqiliyini təsdiqləmir. Qeyd edək ki, Balidə qalan başqa bir “Boeing 737” də var. O, 2007-ci ildən oradadır və həm də restorana çevrilməli idi.
Təyyatə “Dunkin' Donuts” filialının yaxınlığında yerləşir. 2018-ci ildən bura müxtəlif tədbirlər üçün istifadə olunub, sonra isə yerli məkana çevrilib. “Təyyarə şəxsi mülkiyyətdə olduğu üçün kiçik bir giriş haqqı ödəməli olacaqsınız"- üzərindəki yazıda deyilir.










