\"Terminator\" ABŞ prezidenti olmaq istəyir: \"Qalib gələcəyəm\"

\

Dünyaca məşhur amerikalı aktyor Arnold Şvartsnegger gələn il ABŞ prezidenti postuna namizədliyini irəli sürmək istədiyini açıqlayıb.

 

Sfera.az xəbər verir ki, bu barədə “People” jurnalı məlumat yayıb.


“Kaliforniya qubernatoru postuna namizədliyimi irəli sürdüyüm vaxtlardakı kimi mən bu seçkilərdə necə qalib gələ biləcəyimi aydın görürəm”, - Şvartsnegger bildirib.

 

Eyni zamanda o, anadangəlmə ABŞ vətəndaşı olmadığı üçün qanunun onun bu addımı atmasına icazə verməyəcəyini qeyd edib.

 

Onu da əlavə edək ki, Şvartsnegger Avstriyada anadan olub və 1968-ci ildə Amerika Birləşmiş Ştatlarına köçüb.

 

1983-cü ildə ABŞ vətəndaşı olub. O, 2003-2011-ci illərdə Kaliforniyanın 38-ci qubernatoru vəzifəsində çıxış edib.

 

İnci


OXŞAR XƏBƏRLƏR