Logo

Putin Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər etməyi planlaşdırır

Putin Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər etməyi planlaşdırır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya Prezidenti Vladimir Putin ürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər etməyi planlaşdırır.

Sfera.az xəbər verir ki, b barədə “İnterfaks” a dövlət başçısının köməkçisi Yuri Uşakov məlumat verib .

"Planlar var, lakin konkret tarixlər hələ müzakirə olunmayıb", - Uşakov bildirib.

Xatırladaq ki, mayın 28-də Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda Ərdoğan qalib gəlib.

Bir müddət sonra Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Putin və Ərdoğan yaxın gələcəkdə görüşmək niyyətindədirlər.

Putinin Ərdoğanı yenidən seçilməsi münasibətilə təbrik etdiyi telefon danışığı zamanı niyyət təsdiqlənib. Rusiya Federasiyasının Prezidenti Ərdoğanın Rusiya-Türkiyə dostluq münasibətlərinin, müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın möhkəmlənməsinə şəxsi töhfəsini də yüksək qiymətləndirib.

Kreml bildirib ki, görüşün harada və nə vaxt keçiriləcəyi hələ razılaşdırılmayıb.

Daha sonra Ərdoğan Putinlə Kaxovskaya SES-dəki vəziyyəti müzakirə edib. (Publika.az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR