Logo

Aktyor qəzada vəfat etdi

Aktyor qəzada vəfat etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Bir zamanlar Amerikada" filminin ulduzu Trit Uilyams motosiklet qəzasına düşüb.

Sfera.az xəbər verir ki, 71 yaşlı aktyor hadisə nəticəsində dünyasını dəyişib.

Hadisə ilə bağlı rəsmi məlumatlara görə, qəza iyunun 12-də saat 17:00 radələrində Amerikanın Vermont ştatının Dorset kəndi yaxınlığında baş verib. Motosikleti Uilyams idarə edib. Bildirilib ki, avtomobildə sükan arxasında əyləşən sürücü dönmə manevri edərkən motosikleti görməyib. Qəza nəticəsində Uilyams yaralanıb.

Vertolyotla Nyu-Yorkdakı xəstəxanaya çatdırılsa da, aktyorun həyatını aldığı xəsarətlər səbəbindən xilas etmək mümkün olmayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR