İŞİD 284 nəfəri edam etdi

İŞİD 284 nəfəri edam etdi
 
İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatının yaraqlıları Mosulda 284 nəfəri edam edib.

Sfera.az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə CNN telekanalı İraq təhlükəsizlik xidmətlərində olan mənbəyə istinadən məlumat verib.

Məlumata öldürülənlərin əksəriyyətinin kişi olduğu bildirilir. Silahlılar girovları güllələyərək qətlə yetirib, meyitləri buldozerlə ümumi məzara atıblar.

Xatırladaq ki, oktyabrın 17-də Mosulun terrorçulardan azad edilməsi uğrunda əməliyyat başlayıb.


OXŞAR XƏBƏRLƏR