“Omega” brendinə qarşı 3,4 milyonluq DƏLƏDUZLUQ - Saxta saat satıblar

“Omega” brendinə qarşı 3,4 milyonluq DƏLƏDUZLUQ - Saxta saat satıblar

İsveçrənin dəbdəbəli saat istehsalçısı “Omega” şirkəti fırıldaqçılara aldanaraq böyük maddi zərərlə üzləşib. 


Sfera.az xəbər verir ki, 2021-ci ilin noyabrında Cenevrədə “Phillips” hərracında “Omega” tərəfindən  3,4 milyon dollara “Speedmaster” saatı satın alınıb. Alınan saata şirkət təklif qiymətindən 25 dəfə yüksək dəyər verib. 


Şirkət sonradan müəyyənləşdirib ki, o, mütəşəkkil cinayətkar fəaliyyətin qurbanı olub və 3,4 milyon dolları saxta “Speedmaster” saatına görə ödəyib. 


Şirkət bu saatı alıb Bienne şəhərindəki muzeyində nümayiş etdirmək niyyətində idi. Şirkətin rəhbər şəxsləri hesab edib ki, “Speedmaster” “Omega”nın vitrin kolleksiyaları üçün mütləq zəruri olan nadir və müstəsna bir saatdır. Saatın Broad Arrou adlı mütəxəsis tərəfindən 1957-ci ildə paslanmayan poladdan hazırlandığı, xronoqraf qol saatı olduğu düşünülürdü. 


Lakin sonradan məlum oldu ki, vasitəçilərin köməyi ilə alınan saat əslində “Frankenstein” saatı idi. “Omega”nın baş kommunikasiya meneceri Ciovanni Aleqre CNN-ə bildirib ki, alınan saat “Omega” komponentlərindən ibarət orijinal olmayan saatdır. O söyləyib ki, “Omega” və “Phillips” bu xüsusi saatın hərrac yolu ilə satılması ilə bağlı mütəşəkkil cinayətkar fəaliyyətin birgə qurbanı olub. 


Şirkət məsələ ilə bağlı prokurorluğa müraciət edib və bununla bağlı istintaq araşdırması aparılır. “Omega” bu işdə əli olan şəxslərə qarşı iddia qaldırıb. 


Vasif


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...