Elon Mask dahi uşağı SpaceX-ə işə götürüb - FOTOLAR
Santa Clara Universitetinin tələbəsi Kairan Kwazii nəhəng SpaceX komandasına qoşulub.
O, “Starlink” mühəndislik komandasında proqram mühəndisi olacaq. (“Starlink” ilk Afrika bazarı olan Nigeriyada yanvar ayında fəaliyyətə başlayan SpaceX-in peyk internet xidmətidir). Sfera.az xəbər verir ki, xarici KİV-in məlumatına görə, Elon Maskın şirkətə işə götürdüyü yeni əməkdaşının unikallığı onun cəmi 14 yaşında olmasıdır.
Qeyd edək ki, Kairan Kwazi dünyada ən yüksək IQ-ya malik 0,1% olan insanlar arasındadır. "Mən Starlink mühəndislik komandasında proqram mühəndisi olaraq planetin ən yaxşı şirkətinə qoşulacağam. Yaşımdan qabiliyyətlərin ixtiyari və köhnəlmiş ölçüsü kimi istifadə etməyən nadir şirkətlərdən biri" - deyə o, öz LinkedIn profili səhifəsində yazıb.
Yeniyetmə artıq Santa Clara Universitetinin Mühəndislik Məktəbini bitirib və bu universitetdən məzun olan ən gənc tələbə olub. O, işə başlamaq üçün gələcəkdə anası ilə Kaliforniyanın Pleasanton şəhərindən Redmond şəhərinə köçməyi planlaşdırır. Kvazinin qeyri-adi uşaq olması valideynlərə oğullarının cəmi iki yaşı olanda məlum olub. Onda da bütöv cümlələrlə danışa bilib, radiodan eşitdiyi xəbərləri uşaqlara, müəllimlərə danışıb. “Uşaq bağçasında öyrəndim ki, dostlarıma Bəşər Əsədin öz xalqına qarşı kimyəvi silahdan istifadə etdiyini söyləsəm, uşaqlar ilin qalan hissəsi oyun meydançasında ağlayacaqlar”- deyə Kairan danışır. Kvazi kompüter dillərini yaxşı bilir və yeddi yaşında YoungWonks kodlaşdırma akademiyasında Python dilində proqramlaşdırmaya başlayıb, ən qabaqcıl tələbələrdən birinə çevrilib. Oğlan doqquz yaşında olanda valideynləri ona Kaliforniyadakı icma kollecinə daxil olmağa kömək ediblər. Bir neçə ay sonra isə Kwazii “Intel Labs”da süni intellekt üzrə tədqiqatçı kimi təcrübə keçib və 11 yaşında kompüter elmləri və mühəndisliyi öyrənmək üçün Santa Clara Universitetinə qəbul oluv. Kvazi həkimlərin "asinxron öyrənmə" adlandırdığı şeydə təəccüblü dərəcədə üstündür.
Bu o deməkdir ki, o, qeyri-xətti şəkildə akademik fənləri parlaq şəkildə öyrənə bilər. 2022-ci ildə oğlan Blackbird.AI kiber kəşfiyyat firmasında dörd aylıq maşın öyrənmə təcrübəsini tamamlayıb. Kvazi uşaqlığını oxuduğu və işlədiyi müddətdə itirməsi ilə bağlı formalaşmış fikirləri təkzib edir. Onun aydın planları var. "Mənim arzum mürəkkəb problemləri həll etmək və daha böyük xeyir üçün köklü yeniliklər etmək üçün karyera qurmaqdır". Boş vaxtlarında Kayran oxumağı çox sevir. Bütün yeniyetmələr kimi o da video oyunları, sehrli fəndləri, səyahət etməyi və dostları ilə əylənməyi sevir.












