“Arxadan güllələyirlər” - Ruslar insanları təxliyə etməyə imkan vermirlər

“Arxadan güllələyirlər” - Ruslar insanları təxliyə etməyə imkan vermirlər

Xerson vilayətinin işğal olunmuş hissəsində rus işğalçıları Kaxovskaya su elektrik stansiyasının qəsdən partladılmasından sonra yerli sakinlərin təhlükəsiz şəkildə təxliyyə edilməsinə imkan vermir və ərazini atəşə tutur.
 

Sfera.az xəbər verir ki, bu sözləri Ukraynanın baş naziri Denis Şmıxal deyib.

Ukrayna hökumət başçısının sözlərinə görə, Rusiya tərəfi nəinki su basmış ərazilərdən evakuasiyanı təşkil etməyib, həm də insanların özlərinin bunu etməsinə mane olur. Hərbçilər yaşayış məntəqələrinin çıxışını bağlayır, hətta bəzən arxadan atəş də açır.
 

"Sol sahil Xerson vilayətində vəziyyət kritikdir. İşğalçılar dinc əhalini xilas etmir, insanların fəlakət zonasından çıxışına mane olur və onları kürəyindən atəşə tuturlar. Həmçinin dünən təxliyənin ortasında Rusiya terrorçuları Xersonu və bölgəni kütləvi şəkildə atəşə tutublar, su tələsindən xilas edilmiş insanları yanğına bürüyüblər”- mesajda deyilir.


Qeyd edək ki, Xerson vilayətinin Ukrayna tərəfinin nəzarətində olan hissəsində isə Rusiya Federasiyasının törətdiyi fəlakətin aradan qaldırılmasını yerli Daxili İşlər Nazirliyinin başçısının rəhbərlik etdiyi qərargah həyata keçirir.
 

Ümumilikdə 1400-dən çox insan və 345 texnika cəlb olunub.
 

"Xerson vilayətində doqquz təxliyə məntəqəsi yerləşdirilib. Bu günə kimi 2,3 min insan təxliyə edilib, içməli su təşkil olunub və biz zərərçəkənlərə hərtərəfli, xüsusilə də psixoloji yardım göstəririk"- deyə Denis Şmıxal bildirib.
 

Ukrayna hökuməti Xerson, Nikolayev, Dnepropetrovsk və Zaporojye vilayətlərinin sakinlərini içməli su ilə təmin etmək üçün təxninən 2,4 milyard qrivna ayırıb.
 

Xatırladaq ki, iyunun 8-də Daxili İşlər Nazirliyi Kaxovskaya Su Elektrik Stansiyasında baş verən partlayışdan sonra 2000-dən çox insanın daşqın zonasından təxliyə edildiyini bildirmişdi. Evakuasiya təkcə Xerson vilayətindən deyil, Baştanski vilayətindən da davam edir.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Ermənistanda deputatın oğlu saxlanıldı

Ermənistanda hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılan Daşnaksütyun partiyasının üzvləri İrəvan İstintaq İdarəsinə aparılıb....

Vətən müharibəsinin iştirakçısı arvadını öldürüb? - VİDEO

"Həyat yoldaşı 20 yaşlı qadını pəncərədən ataraq qətlə yetirib".   Sfera.az "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, bu iddiaları...

Yalnız bundan sonra Putinlə görüşə bilərəm - Zelenski

Moskva və Kiyev İstanbul razılaşmalarına uyğun olaraq hərbi əsirlərin və hərbçilərin cəsədlərinin mübadiləsindən sonra Rusiya və Ukrayna prezidentləri - Vladimi...

Rusiyadan Azərbaycana daha bir QADAĞA

İyulun 5-də Azərbaycandan Krasnodar şəhərindəki müvəqqəti saxlanc anbarına daxil olan, ümumi həcmi 18 ton olan təzə şaftalı və nektarin 2 partiyasında karantin ...

ABŞ rəsmisindən Əbu-Dabi görüşünə REAKSİYA

ABŞ Azərbaycan və Ermənistanın sülh istəklərini dəstəkləyir.   Sfera.az  xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Tem...

Atamın və qardaşlarımın başlarını kəsiblər... - Məhkəmədə ifadə verdilər

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...