Logo

“XİN rəhbərlərinin təxirə salınmış görüşü tezliklə baş tutacaq”  - Tiqran Xaçatryan

“XİN rəhbərlərinin təxirə salınmış görüşü tezliklə baş tutacaq” - Tiqran Xaçatryan
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ermənistan baş nazirinin müavini Tiqran Xaçatryan Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında təxirə salınmış Vaşinqton danışıqlarının tezliklə baş tuta biləcəyini deyib.

Sfera.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Jurnalistlərin görüşün sərhəddəki gərginlik fonunda təxirə salınması ilə bağlı sualına cavab olaraq baş nazirin müavini deyib: “Danışıqlar heç də həmişə rahat getmir”.

Bakının İrəvanın sülh sazişi ilə bağlı təkliflərinə cavab verib-vermədiyini soruşduqda, Xaçatryan bildirib ki, bu, işçi prosesdir və tərəflər fikir mübadiləsi aparır.

"Siz bu məsələyə ilişib qalmamalısınız. Ən əsası odur ki, son müzakirələr zamanı tərəflər mövqelərinin yaxınlaşmasını müəyyən ediblər", - Ermənistan baş nazirinin müavini jurnalistlərə deyib.

Xatırladaq ki, nazirlər arasında Vaşinqtonda bundan əvvəlki  danışıqlar 4 gün (1-4 may) davam edib. Tərəflər ABŞ dövlət katibi Entoni Blinkenlə iki dəfə görüşüblər. Danışıqlardan sonra ABŞ dövlət katibi Ermənistan və Azərbaycanın sülh sazişinin imzalanması istiqamətində mühüm irəliləyiş əldə etdiyini bildirib.

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR