Tramp iyunun 13-də həbs olunacaq – Nə baş verir?

Tramp iyunun 13-də həbs olunacaq – Nə baş verir?

ABŞ-nin keçmiş prezidenti Donald Trampa qarşı 2022-ci ilin avqustunda iqamətgahında tapılan məxfi sənədlərlə bağlı rəsmi ittiham irəli sürülüb.

 

Trampın ittiham olunduğu sənədlər iyunun 13-də, onun rəsmi olaraq Mayami polisi qarşısına çıxacağı zaman məlum olacaq. Bundan sonra siyasətçiyə qarşı həbs qətimkan tədbiri seçiləcək və istintaq materialları dərc olunacaq.

 

Sfera.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.

 

Nəşr iki mənbəyə istinadən yazır ki, ittiham aktında and içmək və ədalət mühakiməsinə mane olmaq da daxil olmaqla 7 maddə yer alacaq. İstintaqı xüsusi olaraq təyin edilmiş müstəqil prokuror Cek Smit aparır.

 

Tramp ifadəsində özünü təqsirli bilməyib. Əlavə edək ki, bu, Trampa qarşı ikinci cinayət işidir. Aprel ayında o, biznes fəaliyyəti hesabatlarını saxtalaşdırmaqda ittiham edilərək Nyu-York ştatının böyük münsiflər heyəti tərəfindən ittiham olunub. Onun bu iş üzrə məhkəməsi 2024-cü ilin martında başlayacaq.

 

Yeri gəlmişkən, Tramp qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd olacağını bildirib. O, ittihamlardan hər hansı birində təqsirli bilinsə və həbs edilsə belə, bu, onu ABŞ prezidentliyinə namizəd olmaqdan məhrum etməyəcək.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR

Ermənistanda deputatın oğlu saxlanıldı

Ermənistanda hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılan Daşnaksütyun partiyasının üzvləri İrəvan İstintaq İdarəsinə aparılıb....

Vətən müharibəsinin iştirakçısı arvadını öldürüb? - VİDEO

"Həyat yoldaşı 20 yaşlı qadını pəncərədən ataraq qətlə yetirib".   Sfera.az "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, bu iddiaları...

Yalnız bundan sonra Putinlə görüşə bilərəm - Zelenski

Moskva və Kiyev İstanbul razılaşmalarına uyğun olaraq hərbi əsirlərin və hərbçilərin cəsədlərinin mübadiləsindən sonra Rusiya və Ukrayna prezidentləri - Vladimi...

Rusiyadan Azərbaycana daha bir QADAĞA

İyulun 5-də Azərbaycandan Krasnodar şəhərindəki müvəqqəti saxlanc anbarına daxil olan, ümumi həcmi 18 ton olan təzə şaftalı və nektarin 2 partiyasında karantin ...

ABŞ rəsmisindən Əbu-Dabi görüşünə REAKSİYA

ABŞ Azərbaycan və Ermənistanın sülh istəklərini dəstəkləyir.   Sfera.az  xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Tem...

Atamın və qardaşlarımın başlarını kəsiblər... - Məhkəmədə ifadə verdilər

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...