Həyat yoldaşını vəhşicəsinə qətlə yetirən keçmiş deputat cəzadan necə yayınıb?

Həyat yoldaşını vəhşicəsinə qətlə yetirən keçmiş deputat cəzadan necə yayınıb?

Keçmiş arvadını öldürməkdə təqsirli bilinən Krasnoyarsk vilayətinin keçmiş deputatı Aleksandr Xakonov “Vagner” hərbi təşkilatına qoşularaq islah əmək müəssisəsində cəza çəkməkdən yayına bilib.
 

Sfera.az bildirir ki, Rusiyanın NGS24.RU nəşrinin məlumatına görə, Xakonov arvadını öldürdüyünə görə hökmdən apellyasiya şikayəti verə bilməyib və cəzasını sərt rejimli koloniyada çəkməklə 9 il, 8 ay müddətinə azadlıqdan mərhum edilib.
 

2022-ci ilin martında Taseevski Rayon Şurasının keçmiş deputatı Aleksandr Xakonov həyat yoldaşını öldürüb. Qətlin ailədaxili mübahisə zəminində baş verdiyi məlum olub. Hadisə ailədaxili içkinin təsiri altında baş verib.
 

İddialara görə, 35 yaşlı qadın ərinin kişiliyini təhqir edib, bundan sonra münaqişə yaranıb və qəzəbli Xakonov onun döş nahiyəsindən bir neçə bıçaq zərbəsi vurub.
 

Daha sonra cəsədi qar və budaqlarla örtərək meşəyə aparıb, cəsəd bir neçə gün sonra orada aşkarlanıb. Məhkəmədə Xakonov qətli etiraf edib, nəticədə o, doqquz il səkkiz ay müddətinə ciddi rejimli koloniyada cəza çəkməklə azadlıqdan məhrum edilib. Məhkəmə hökmü icra edilməzdən əvvəl o, istintaq təcridxanasına gəlib və oradan “Vaqner” hərbi təşkilatına işə götürülməsi üçün müraciət edib.
 

Xatırladaq ki, 2022-ci ilin noyabrında Rusiya Federasiyasının Federal Penitensiar Xidmətinin məlumatına görə, 2022-ci ilin sentyabr-oktyabr ayları ərzində Rusiyanın kişi koloniyalarında məhbusların sayı 23 min nəfər azalıb ki, bu da rekorda çevrilib. Bu hallar "Vaqner" PMC-də aktiv işə qəbulla əlaqələndirilir.

 

Aysel

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Ermənistanda deputatın oğlu saxlanıldı

Ermənistanda hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılan Daşnaksütyun partiyasının üzvləri İrəvan İstintaq İdarəsinə aparılıb....

Vətən müharibəsinin iştirakçısı arvadını öldürüb? - VİDEO

"Həyat yoldaşı 20 yaşlı qadını pəncərədən ataraq qətlə yetirib".   Sfera.az "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, bu iddiaları...

Yalnız bundan sonra Putinlə görüşə bilərəm - Zelenski

Moskva və Kiyev İstanbul razılaşmalarına uyğun olaraq hərbi əsirlərin və hərbçilərin cəsədlərinin mübadiləsindən sonra Rusiya və Ukrayna prezidentləri - Vladimi...

Rusiyadan Azərbaycana daha bir QADAĞA

İyulun 5-də Azərbaycandan Krasnodar şəhərindəki müvəqqəti saxlanc anbarına daxil olan, ümumi həcmi 18 ton olan təzə şaftalı və nektarin 2 partiyasında karantin ...

ABŞ rəsmisindən Əbu-Dabi görüşünə REAKSİYA

ABŞ Azərbaycan və Ermənistanın sülh istəklərini dəstəkləyir.   Sfera.az  xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Tem...

Atamın və qardaşlarımın başlarını kəsiblər... - Məhkəmədə ifadə verdilər

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...