Logo

Türkiyənin ən yüksək kirayə qiyməti olan şəhərləri – Ayda 3,2 min dollar…

Türkiyənin ən yüksək kirayə qiyməti olan şəhərləri – Ayda 3,2 min dollar…
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyənin 3 böyük şəhərində - İstanbul, İzmir və Ankaranın mərkəz hissələrində kirayədə qala bilmək üçün aylıq gəlir bir neçə min ABŞ dolları olmalıdır.

Sfera.az “RİA Novosti”yə istinadən xəbər verir ki, aylıq gəliri minimum 2-3 min dollar olan şəxslər adıçəkilən şəhərlərin mərkəz hissələrində kirayə ev tuta bilər.

Aparılan araşdırmalara əsasən, İstanbulun Fatih və Beyoğlu rayonlarında mənzil kirayələmək üçün ayda iki min dollardan çox, Beşiktaşda ev kirayələmək üçün 3,2 min dollardan çox pul qazanmaq lazımdır.

Ankaraya gəlincə, ən yüksək kirayə haqqı Keçiörən rayonundadır. Burada kirayə evdə qalan ailənin aylıq gəliri azı 2,7 min dollar olmalıdır.

İzmirdə Narlıdere bölgəsində daşınmaz əmlak icarəyə götürmək üçün də yüksək gəlir lazımdır. Bu rayonda kirayədə qalanlar ayda ən azı 2,9 min dollar qazanmalıdır.

Vasif

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR