Logo

Serbiya prezidenti hər gün 200 ölüm hədəsi aldığını deyir

Serbiya prezidenti hər gün 200 ölüm hədəsi aldığını deyir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Serbiya prezidenti Aleksandar Vuçiç hər gün 200 dəfə ölümlə hədələnir.

APA xəbər verir ki, bu barədə jurnalistlərlə keçirdiyi brifinqdə siyasətçinin özü danışıb.

“Hesab edirəm ki, hər gün cənab Qaşiç (Bratislav Qasiç – Serbiyanın Daxili İşlər Nazirliyinin rəhbəri-red) bilir ki, təkcə mənə qarşı 200-dən çox birbaşa ölüm hədəsi gəlir”, - o deyib.

Belə ki, o, müxalifətin mitinqə Vuçiçin siması olan asılmış gəlincik gətirilməsinə münasibət bildirib. Dövlət başçısı əlavə edib ki, təhdidlərin çoxluğuna baxmayaraq, belə şeylərə dözmək onun bir prezident kimi borcudur.

"Mənim işim belə iyrənc şeylərə dözməkdir. Mən respublikanın prezidentiyəm, işim ölüm təhdidlərinə, hətta bu cür açıq təhdidlərə də dözməkdir", - Serbiya lideri bildirib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR