Logo

Paşinyana satqın deyən şəxs saxlanılıb, sakinlər polis idarəsinə toplaşır

Paşinyana satqın deyən şəxs saxlanılıb, sakinlər polis idarəsinə toplaşır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ermənistanın baş naziri Nikol Paşinyanın ünvanına “Satqın Nikol” deyən Akob Berberyan İrəvan şəhərinin Kentron polis idarəsinə aparılıb.

Bu barədə hüquq müdafiəçisi Ruben Melikyan "Facebook"dakı səhifəsində yazıb.

“Akob Berberyanın səhifəsində onun baş nazirin ünvanına “Nikol satqındır” qışqırdığı, sonra kiminsə ona “yaxınlaşdığı”nı (ehtimal ki, polis və ya mühafizəçi) əks etdirən video var, bundan sonra Akobla əlaqə kəsilib. Yəqin ki, o, həbs olunub. Hazırda Akobdan heç bir xəbər yoxdur”, - o qeyd edib.

Qeyd edilir ki, parlamentin deputatları Kristine Vardanyan və Asram Krpeyan polis idarəsinə müraciət ediblər.

Eyni zamanda qeyd edilir ki, vətəndaşlar Baş Polis İdarəsinin yaxınlığında toplaşır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR