Bu tarixdə Moskvaya yeni mer seçiləcək

Bu tarixdə Moskvaya yeni mer seçiləcək

Moskva Şəhər Duması paytaxt meri seçkisini sentyabrın 10-na təyin edilməsi ilə bağlı qərar qəbul edib. 


Sfera.az xəbər verir ki, müvafiq qanun layihəsi Moskva Şəhər Dumasının saytında dərc olunub. 


Seçkilərin təyin edilməsi haqqında qərar səsvermə gününə 100 gündən gec olmayaraq və ən geci 90 gün qalmış qəbul edilməlidir. Rusiyada vahid səsvermə günü sentyabrın 10-na təyin edilib. 


Hazırda Moskvanın meri Sergey Sobyanindir. O, müstəqil namizəd kimi seçkiyə qatılmaq istəyir. Amma rəsmi qurumların açıqlamasında qeyd edilib ki, Sobyanin müstəqil şəkildə merliyə namizəd ola bilməz.


Xatırladaq ki, Sobyanin 2010-cu ildə Yuri Lujkovu əvəzləyib. O, daha sonra 2013 və 2018-ci illərdə mer seçkilərində qalib gəlib.


Vasif


OXŞAR XƏBƏRLƏR