“Rusiya Ukrayna savaşında hücumdan müdafiəyə keçir” – Britaniya kəşfiyyatı

“Bu ilin may ayının əvvəlindən Rusiya münaqişədə təşəbbüsü getdikcə daha çox əldən verib”.
Sfera.az bildirir ki, bu barədə “The Telegraph” məlumat yayıb.
Böyük Britaniya Müdafiə Nazirliyinə istinad edən nəşr qeyd edib ki, Rusiya öz müharibə məqsədlərinə doğru fəal şəkildə irəliləməkdənsə, Ukraynanın addımlarına reaksiya verir:
“Rusiyanın etdiyi şey müdafiəyə keçməkdir, onlar dərin müdafiə xətləri qururlar”.
Böyük Britaniyanın müdafiə kəşfiyyatı bildirib ki, Rusiya qarşıdan gələn əks-hücum üçün təyin edilmiş qüvvələri məhv etmək məqsədilə Ukraynanın xeyli təkmilləşdirilmiş hava hücumundan müdafiəsini zərərsizləşdirmək sahəsində uğursuzdur:
“Ruslar Ukraynanın hava hücumundan müdafiəsini zərərsizləşdirməyə çalışırlar, yoxsa sadəcə raket ehtiyatlarını tükəndirirlər, bilinmir. Bunun heç birinin mənası yoxdur. Fakt budur ki, dəfələrlə deyilən kimi Avropa ölkələri Amerikanın dəstəyinə arxalanır. Bəs onlar bu dəstəyi geri çəksələr, nə olacaq? Avropa Ukraynanı olduğu qədər dəstəkləyə bilməzdi. Putin buna ümid edir”.
Türkan