Logo

“Ruslardan qisas alın, unutmusunuzsa xatırladım ki...” – Ukrayna rəsmisindən çağırış

“Ruslardan qisas alın, unutmusunuzsa xatırladım ki...” – Ukrayna rəsmisindən çağırış
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Çeçenistan rəhbəri Ramzan Kadırov Ukraynadan deyil, Rusiyadan qisas almalıdır".

Sfera.az xəbər verir ki, bunu Ukrayna Milli Müdafiə Şurasının katibi Aleksey Danilov bəyan edib. O, öz nitqində çeçenləri tarixə nəzər salmağa dəvət edib.

“Kadırov Ukraynanı hədələmək əvəzinə Moskvadan və Putinin özündən qisas almalıdır. Çeçenləri öldürən və məhv edən ruslar idi. Çeçenistan torpağını əsrlər boyu əsarətdə saxlayan, minlərlə qadını, uşağı qətlə yetirən, işgəncə verən, şəhərləri yerlə-yeksan edən, əcdadlarının məzarlarını murdarlayan ruslar idi. Qroznıda dinc əhalini tanklarla yerlə-yeksan edən ukraynalılar deyil, rus tankları idi. Çeçen xalqı bunu xatırlayır və unudanlar üçün xatırlamağın vaxtıdır”, - Danilov bildirib

Əzizə

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR