Putin də Ərdoğanı təbrik etdi
Kateqoriya məlum deyil
Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı təbrik edib.
Sfera.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, o, seçkilərin ikinci turunda qələbə qazanması münasibətilə Türkiyə liderini təbrik edib.
Xatırladaq ki, Ərdoğan prezident seçkilərinin ikinci turunda 52%-ə yaxın səslə qələbə qazanıb.






