Logo

Rusiya və Türkiyə arasında Cənubi Qafqaza dair müzakirələr keçirilib

Rusiya və Türkiyə arasında Cənubi Qafqaza dair müzakirələr keçirilib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və Türkiyənin Moskvadakı səfiri Mehmet Samsar cümə axşamı Bakı ilə İrəvan arasında nizamlanmanı, eləcə də Ermənistan-Türkiyə əlaqələrinin bərpası perspektivlərini müzakirə ediblər.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Görüşdə Cənubi Qafqazdakı vəziyyət, o cümlədən Bakı ilə İrəvan arasında normallaşma yollarına dair üçtərəfli sazişlərin icrası müzakirə edilib. Həmçinin, Ermənistan-Türkiyə əlaqələrinin bərpası perspektivləri mövzusuna da toxunulub”, - görüşdən sonra Rusiya XİN-dən verilən açıqlamada deyilir.

Qurumdan əlavə edilib ki, tərəflər Cənubi Qafqazda “3+3” formatında (Azərbaycan, Ermənistan, Gürcüstan və Rusiya, İran, Türkiyə) əməkdaşlığın vacibliyini vurğulayıblar.

“Qarşılıqlı maraq doğuran bir sıra digər mövzular ətrafında da fikir mübadiləsi aparılıb”, - nazirlikdən bildirilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR