Logo

ABŞ-da rus diplomatlarına qadağa

ABŞ-da rus diplomatlarına qadağa
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ Dövlət Departamenti prezident seçkilərinin gedişini izləmək üçün rusiyalı diplomatları müşahidəçi kimi seçki məntəqəsinə dəvət etməyib.

Sfera.az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə "İzvestiya” nəşri Rusiya MSK-ya istinadən məlumat yayıb.

ABŞ Dövlət Departamenti Rusiya tərəfinə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun missiyasına qoşulmağı təklif edib. Lakin Rusiya MSK bunu qəbuledilməz hesab edib.

Nəşrin məlumatına görə, Rusiyanın seçkiləri izləmək barədə sorğusu ABŞ-ın 3 ştatında - Oklohoma, Luiziana və Texasda rədd edilib. Texas ştatında rusiyalı müşahidəçilər seçki məntəqəsinə yaxın gəlsələr onların cinayət məsuliyyətinə cəlb olunacağı bildirilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR