Logo

Rusiyada bu şəxslərin pasportları MÜSADİRƏ EDİLƏCƏK – Yeni qanun qəbul edildi

Rusiyada bu şəxslərin pasportları MÜSADİRƏ EDİLƏCƏK – Yeni qanun qəbul edildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya Dövlət Duması hərbi xidmətə çağırılan vətəndaşların pasportlarının müsadirə edilməsi haqqında qanun qəbul edib.

Sfera.az xəbər verir ki, Dövlət Duması “Rusiya Federasiyasından çıxmaq və Rusiya Federasiyasına daxil olmaq qaydası haqqında” qanuna dəyişiklikləri qəbul edib.

Dəyişikliklərə uyğun olaraq, hərbi xidmətə çağırılan rusiyalılar pasportlarını təhvil verməli olacaqlar. Qəbul edilmiş qanuna uyğun olaraq hərbi xidmətə çağırılan şəxsin pasportu bu sənədi verən qurumda saxlanılacaq.

Qeyd edilən məhdudiyyət xidmətin sonuna qədər etibarlıdır.

Dövlət Dumasının qəbul etdiyi dəyişikliklər pasportun etibarsız sayılması üçün əsasları da genişləndirir.

Vasif

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR