Bu şəhər tezliklə su altında QALACAQ - Səbəb GÖYDƏLƏNLƏRDİR

Bu şəhər tezliklə su altında QALACAQ - Səbəb GÖYDƏLƏNLƏRDİR

“Nyu-York şəhəri gələcəkdə tamamilə su altında qala bilər”.

 

Sfera.az bildirir ki, bu barədə ABŞ Geoloji Xidməti və Rod-Aylend Universitetinin alimləri araşdırma aparıb. Mütəxəssislərin fikrincə, əsas səbəb qeyri-sabit torpaq üzərində tikilmiş göydələnlərin olmasıdır. Qeyd olunub ki, torpaqların belə çökməsi daha 99 iri şəhəri təhlükə altında qoyur.

 

Alimlər Nyu Yorkdakı binaların ümumi çəkisinin 770 milyon ton olduğunu iddia ediblər.  “Bu ümumi yükə görə, metropolis tədricən ildə təxminən 3-3,5 millimetr okeana batır. Eyni zamanda, hər hansı bir yeni tikinti vəziyyəti əhəmiyyətli dərəcədə pisləşdirəcək. Sahildə ucaldılan hər yeni hündürmərtəbəli bina gələcəkdə çökmə və daşqın riskini artırır”, - tədqiqatın rəhbəri Tom Parsons söyləyib.

 

Elm adamları xəbərdarlıq ediblər ki, mövcud şəraitdə daşqınlara qarşı standart tədbirlər effektli olmayacaq: “Nyu-Yorkun əsas hissəsi qeyri-sabit sahil, göl və buzlaq yataqlarında yerləşir. Belə torpaq böyük binaların tikintisi üçün nəzərdə tutulmayıb”.

 

Günay Rəsulqızı
 


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...