“Amazon”un yaradıcısı NİŞANLANDI

Dünya
11:52 / 24.05.2023
4637
Dünyanın ən varlı adamı və “Amazon”un yaradıcısı Ceff Bezos 2019-cu ildən bəri birlikdə olduğu sevgilisi Lauren Sançeslə nişanlanıb.
Sfera.az bildirir ki, cütlüyə yaxın mənbələr xəbəri təsdiqləsə də, onlardan hələlik heç bir açıqlama gəlməyib. Kann kinofestivalına qatılmaq üçün Fransaya gedən ikili ötən gün axşam saatlarında otellərinə daxil olarkən görüntüləniblər. Laurenin ürək formalı üzük taxması diqqət çəkib. Bezosun 25 ildir evli olduğu keçmiş həyat yoldaşı Makkenzi Skottdan ayrılmasına səbəb kimi Sançes göstərilib.
Qeyd edək ki, keçmiş aparıcı Sançes 2005-ci ildə Patrick Whitesell ilə evlənib. Lakin 2019-cu ildə Bezos ilə münasibətlərinin üzə çıxması nəticəsində evlilik bitib.
Türkan