“Sülh haqqında danışmaq hələ tezdir” - Peskov

“Sülh haqqında danışmaq hələ tezdir” - Peskov

“Ukrayna münaqişəsinin sülh yolu ilə həllindən danışmaq tezdir”.

 

Sfera.az “TASS”a istinadən bildirir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O qeyd edib ki, sülh üçün hələlik ilkin şərtlər yoxdur.

 

Kremlin sözçüsü münaqişənin həlli üçün təklif olunan planlardan hansının Rusiyaya daha yaxın olması ilə bağlı sualı da cavablandırıb:

 

“Bu barədə danışmaq hələ tezdir. Sülh yolu ilə nizamlanma üçün heç bir ilkin şərtlər yoxdur. Müharibə  davam edir”.

 

O, həmçinin  Kremlin hazırkı Kiyev hakimiyyətinin nümayəndələrindən hər hansı biri ilə danışıqlara hazır olub-olmaması ilə bağlı suala da cavab verib:“Bunu müzakirə etmək mümkün deyil, çünki Ukraynada Rusiya Federasiyası ilə hər hansı danışıqlar aparmaq qadağandır”.

 

Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski ötən ilin oktyabrında Milli Təhlükəsizlik və Müdafiə Şurasının Rusiya lideri Vladimir Putinlə danışıqların mümkünsüzlüyü barədə qərarını təsdiqləyib.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR