“Zelenski müharibəni Rusiya ərazisinə keçirdi, uğurlu olacaq...” - Açıqlama

“Zelenski müharibəni Rusiya ərazisinə keçirdi, uğurlu olacaq...” - Açıqlama

Ukrayna hərbi əməliyyatları Rusiya ərazisinə keçirib. Son məlumatlara görə, onlar Belqorod şəhərində uğurlu əməliyyatlar apararaq nailiyyətlər əldə edirlər.

 

Bununla bağlı Sfera.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, artıq Ukrayna Baxmutun müdafiəsindən geri çəkilərək, müharibəni Rusiyanın içərilərinə daşımaq niyyətindədir:

 

“Onlar uğurlu hərbi əməliyyatlarla Kremli pat vəziyyətə salır, Rusiyanın müdafiə və hücum planlarının qarşısını alırlar. Sözügedən vəziyyət isə Ukraynanın əks-hücumlarının effektli olmasını təmin edir. Ukrayna Rusiya ərazilərini zəbt etməklə onları öz torpaqlarından çıxmasına məcbur edəcək. Bu uğurlu hərbi əməliyyatlar Rusiyanın geniş ərazilərinin Ukrayna tərəfindən nəzarətə alınması ilə nəticələnə bilər”.

 

Ekspert deyib ki,  Moskva müqavimət göstərmək və qarşı tərəfin irəliləyişini dayandırmaq üçün Ukrayna ərazisindən qoşunlarını çıxarmalıdır:

 

“Görünür, Volodimir Zelenskinin Qərb səfərində düşmənin küncə sıxışdırılması üçün hərbi əməliyyatların Rusiya ərazisinə keçirilməsi məqbul bilinib. Bu hərbi əməliyyatlar müharibənin gedişatını Ukraynanın leyhinə dəyişəcək. Təbii ki, əməliyyatlar davamlı olarsa...”

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...