Logo

İsveçrə səfiri İran XİN-ə çağırıldı

İsveçrə səfiri İran XİN-ə çağırıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İsveçrənin Tehrandakı səfiri Nadine Lozano İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Sfera.az xəbər verir ki, bu barədə “Tasnim”məlumat yayıb.

Bildirilir ki, səfir “Twitter“ səhifəsində son yazıları ilə əlaqədar İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Tehran iddia edir ki, N.Lozano İranın daxili işlərinə qarışıb. Habelə səfirliyin səhifəsi qeyri-peşəkar şəkildə idarə olunaraq İranın bayrağının təhrif olunmuş şəkilləri orada dərc edilib.

Nəşr qeyd edir ki, Lozanoya bu cür hərəkətlərdən narazılıq və İslam Respublikası rəhbərliyinin etirazları barədə məlumat verilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR