Fransada atışma: 3 nəfər Kalaşnikovdan güllələndi
Kateqoriya məlum deyil
Son vaxtlar narkotiklə bağlı zorakılıq hallarının artdığı Fransanın cənubundakı Marsel şəhərində üç kişi avtomobildə güllələnib.
Sfera.az xəbər verir ki, gecə klubundan çıxan 5 nəfər Kalaşnikov avtomatından atəşə tutulub.
Naməlum şəxslər də hadisə yerindən qaçıblar.
Polis hadisəni narkotik alveri ilə əlaqələndirib. AFP xəbər agentliyinin məlumatına görə, bu il Marseldə narkotiklə bağlı qətllərin sayı 21-ə çatıb.






