Logo

İranda rejim əleyhinə etirazlar yenidən alovlanıb

İranda rejim əleyhinə etirazlar yenidən alovlanıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İranda rejim əleyhinə etirazlar yenidən alovlanıb.

Sfera.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Bildirilib ki, bunun əsas səbəbi ölkədə edamların sayının artmasıdır: “Dünən, mayın 19-da rejim əleyhinə 10 etiraz aksiyası keçirilib. Bu, son bir həftə üçün rekord göstəricidir. Dünən, həmçinin 3 nəfər edam edilib”.

Qərb analitiklərinin fikrincə, edamlar rejim əleyhinə əhval-ruhiyyəni gücləndirməyə davam edəcək.

Qeyd edək ki, fevralın 15-dən İranda tələbə qızların kütləvi zəhərlənməsi halları geniş yayılıb.

Xatırladaq ki, İranda etiraz aksiyaları ötən il sentyabrın 17-də 22 yaşlı Məhsa Əmininin işgəncə nəticəsində öldürülməsindən sonra başlayıb

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR