Cehiz üçün kondisioner vermədilər - Toy qohumlar arasında kütləvi dava ilə başa çatdı
00:03 / 21.05.2023
14978
Hindistanda gəlinin cehizində kondisioner olmadığı üçün toy kütləvi dava ilə başa çatıb..
Sfera.az bildirir ki, hadisə Uttar Pradeş ştatında baş verib. Gəlin və bəy ənənəvi hind toy ritualı olan Caimala çərçivəsində gül çələnglərini dəyişmək üçün təntənəli şəkildə səhnəyə qalxarkən gənc oğlan gələcək həyat yoldaşının valideynlərinin kondisioner verməyə razı olmadığını öyrənib. Buna görə də o, əsəbiləşərək gəlini var gücü ilə itələyərək səhnədən yıxıb. Bu da gəlinin huşunu itirməsinə səbəb olub.
Daha sonra gənclərin ailələri arasında dava düşüb. Nəticədə toyda iştirak edənlərin çoxu xəsarət alıb.
Polis hər kəsi sakitləşdirdikdə isə hər iki tərəf toyu ləğv etmək qərarına gəlib.
Aysel
Sfera.az