Putinin gizli bunkeri haqda yeni məlumatlar YAYILDI - FOTOLAR

Putinin gizli bunkeri haqda yeni məlumatlar YAYILDI - FOTOLAR

Rusiya lideri Vladimir Putinin Qara dənizdəki sarayının gizli bunkeri haqqında yeni məlumatlar yayılıb.

 

Sfera.az bildirir ki, bu barədə ABŞ-də yerləşən “Business Insider” nəşri  yazıb. Qeyd olunub ki, malikanənin altında qoşa tunelli bunker var. Xəbərdə sözügedən sığınacaqda həftələrlə çölə çıxmadan sağ qalmağa imkan verən şəraitin olduğu bildirilib. Həbsdə olan rusiyalı müxalifətçi Aleksey Navalnının təsis etdiyi “Korrupsiyaya Qarşı Mübarizə Fondu” tərəfindən üzə çıxarılan diaqramlar gizli tunellərin mürəkkəb şəbəkəsini, eləcə də bir çoxlarına həftələrlə dəstək ola biləcək iki xilas və qaçış tunelini göstərib.

 

Açıklama yok.

“Daily Mail”in məlumatına görə, dərc edilən fotolarda hər iki tunelin çıxış “lyuk”ları aydın görünüb:

 

“Tunellər qalın beton təbəqələri və nəmə davamlı materiallarla üzlənib, çoxsaylı ventilyasiya və filtrasiya şaftlarına, hətta öz elektrik təchizatına malikdir”.

 

Açıklama yok.

Bildirilib ki, sığınacaq Rusiya Federal Təhlükəsizlik Xidmətinə aid təxminən 17 min hektar ərazi ilə əhatə olunub. Eyni xəbərə görə, Rusiya liderinin saraya asanlıqla daxil olması üçün helikopter meydançaları, həmçinin Putinin sevimli nəqliyyat növü olduğu deyilən dəmir yolu tikilib. Saray Rusiyanın Krasnodar bölgəsində, Qara dəniz sahilində nəhəng bir kompleksdə yerləşir. Britaniya mətbuatı sarayın kral ailəsinin yaşadığı “Bukingem” sarayından böyük olduğunu və dəyərinin 1 milyard funt sterlinqdən çox olduğunu yazıb.

 

Açıklama yok.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR