“Çox çətindir...” – Priqojin şikayətləndi

“Çox çətindir...” – Priqojin şikayətləndi

“Baxmut çətin ki, yaxın günlərdə rus qoşunları tərəfindən azad edilsin”.

 

Sfera.az bildirir ki, bunu “Vaqner” muzdlu qrupunun rəhbəri Yevgeni Priqojin deyib. O, fikirlərini bu cür izah edib:

 

“Hər kəsə rəsmi olaraq bildirirəm: Baxmut hələ alınmayıb. “Təyyarə” adlı bir məhəllə var. Bu, şəhərin cənub-qərbində yerləşən keçilməz bir qaladır. Ən ağır döyüşlər indi orada gedir.  Baxmut çətin ki, sabah və ya o biri gün tamamilə alınsın. Buna görə də böyük bir xahişim var. Xoşbəxtlik sükutu sevir. İcazə verin, işi bitirim”.

 

Priqojin hazırda rus ordusunun çətinlik çəkdiyini də vurğulayıb: “Rusiya Federasiyasının silahlı qüvvələri şərqdən qərbə doğru irəliləyir. Düşmən müqavimət göstərmək üçün istənilən sayda zirehli texnikanı, silahı alır.  Buna görə qoşunların irəliləməsi çox çətindir”.

 

Xatırladaq ki, Baxmut şəhəri uğrunda döyüşlər 2022-ci ilin avqustunda başlayıb.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR