Meqan Markl və Şahzadə Harri qəzaya düşüb?

Meqan Markl və Şahzadə Harri qəzaya düşüb?

Böyük Britaniyanın vəliəhd şahzadəsi Harri və xanımı Meqan Marklın mətbuatda avtomobil qəzası keçirməsi barədə məlumat yayılıb.

 

Sussex hersoqu və hersoginyasının sözçüsünün məlumatına görə, onların avtomobili iki saatdan çox son dərəcə aqressiv paparassilər tərəfindən təqib olunub və hər kəs üçün fövqəladə vəziyyət yaradıb.
 

Sfera.az bildirir ki, aqressiv paparassilər Meqan Markl və Şahzadə Harrinin avtomobilini iki saatdan çox təqib edib.
 

Cütlüyün sözçüsü həmçinin:
 

“İctimai xadim olmaq ictimaiyyətdə müəyyən maraq doğursa da, bu, heç vaxt kiminsə təhlükəsizliyi bahasına olmamalıdır”- deyə bildirib.


Qeyd edək ki, Şahzadə Harri, Meqan Markl və anası Doria Raqland Nyu Yorkda qaldıqları dostunun şəxsi iqamətgahına qayıdıblar. Qaranlıqda 6 maşın onların avtomobilinin arxasınca gedərək, qırmızı işıqda keçib. Birtərəfli hərəkət olan küçə ilə geri qayıdıb, səkidən aşağı gedərək, sükan arxasında telefonla danışaraq, cütlük və Dorianı lentə almağa çalışıblar.
 

Yol polisi açıqlamasında Sussex hersoqu və hersoginyasını qoruyan özəl təhlükəsizlik qrupuna kömək etdiyini bildirib. Şahzadələrin təyinat yeri və qarşıdurmalar, zənglər, xəsarət alanlar və ya həbslər barədə heç bir məlumat yoxdur.
 

Xatırladaq ki, bu axşam Meqan Markl, əfsanəvi feminist və Qadınlar üçün Fondunun həmtəsisçisi Qloria Steinemdən “Görmə Qadınları” mükafatını alaraq tədbirin fəxri qonağı olub. 89 yaşlı Steinem fondun 50 illik yubileyi şərəfinə Sasseks hersoginyasına "qadınların və qızların səlahiyyətlərini artırmaq üçün qlobal işinə görə" mükafat təqdim edib.

 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR